Təranə uzun müddətdən sonra ölkəni tərk edə bildi FOTOLAR

12 İyul 2019 15:25 (UTC+04:00)

Müğənni Təranə Qumral dincəlmək üçün Antalyaya üz tutub. SİA-nın məlumatına görə, o, uzun müddət sonra ilk dəfə tətil üçün ölkəni tərk edib.

Buna səbəb isə həmkarı Nazəninlə arasında yaranan qalmaqaldan sonra tərəflərin məhkəməlik olması və T.Qumralın ölkədən çıxışına məhdudiyyət qoyulması idi.

Qeyd edək ki, müğənni bir neçə həftə öncə qadağası götürüləndən sonra həyat yoldaşı Musa Musayevlə Moskvaya getmişdi.