Paşinyana daha bir təpki

12 İyul 2019 13:17 (UTC+04:00)

Katolikos I Aram Nikol Paşinyana məktub göndərib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Qraparak” qəzetinin yazdığına görə, Böyük Kilikiya Kilsəsi Katolikosu, Ermənistanın baş naziri Nikol Paşinyanla vaxtaşırı görüşən, bu günlərdə isə onun arvadını qəbul edən I Aram baş nazirə ünvanladığı məktubunda, Ermənistanda baş verən hadisələri izlədiyini və heç də razı qalmadığını vurğulayıb.

Antilias şəhərindəki Ermənistanlı jurnalistlərlə görüş zamanı Kilikiya Kilsəsi Katolikosu Nikol Paşinyana 12 bənddən ibarət məktub göndərdiyini bildirib. Həmçinin qeyd edib ki, bu bəndlərin hansısa birinin yerinə yetirilib-yetirilməməsini dəqiqləşdirməyib. O, bu 12 bəndin məzmununu bildirməkdən imtina edib və qeyd edib ki, vacib olan onları məzmunu yox nəticənin əldə edilməsidir.