Rusiyadan Ermənistana qadağa

12 İyul 2019 13:00 (UTC+04:00)

Putinin Yerevana səfərinə qədərki müddətdə Robert Koçaryan həbsxanada olmamalıdır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Irates" qəzeti yazır.

"Irates" qəzeti yazır ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla ATƏT Xarici İşlər Nazirlərinin Slovakiyadakı qeyri-formal görüşləri heç də hamar olmayıb.

Bu vaxta qədər də rəsmi görüşlər zamanı heç vaxt Ermənistanın baş nazirinə tərəf baxmayan, Nikol Paşinyandan heç də xoşlanmayan Sergey Lavrov bu dəfə də Ruben Rubinyanın rəhbərlik etdiyi erməni nümayəndə heyətinin AŞPA-da davranışlarına, həmçinin, Gürcüstan tərəfindən Rusiyaya qarşı təqdim edilən qətnamələrin BMT Baş Assambleyasının 73-cü sessiyasındakı səsvermədə erməni nümayəndə heyətinin iştirakdan imtina etmək qərarına çaşqınlığını ifadə edib.

Hətta, Putinin oktyabrın 2-də Ermənistana nəzərdə tutulan səfərinə də toxunulub və ehyam da vurulub ki, Putinin Yerevana səfərinə qədərki müddətdə Robert Koçaryan həbsxanada olmamalıdır.