Hörmüz boğazında yeni qarşıdurma yetişir

12 İyul 2019 10:39 (UTC+04:00)

Hörmüz boğazında yeni qarşıdurma fəlakətlə nəticələnə bilər. SİA xarici mediaya istinadən xəbər verir ki, belə bir açıqlama ilə BMT Baş katibinin müavini Farxan Xak çıxış edib: "Baş katib bütün tərəfləri dəfələrlə boğazda eskalasiyadan qaçmağa çağırıb".

O bildirib ki, regionda istənilən yeni qarşıdurma fəlakətə səbəb olacaq.