Şəbnəm: "Həci qədər əzizlərinizin başına daş düşsün"

12 İyul 2019 12:30 (UTC+04:00)

Müğənni Şəbnəm Tovuzlu şəxsi həyatını müzakirə edənlərə cavab verib. SİA-nın məlumatına görə, ifaçı "İnstagram" səhifəsində “Tovuzda da belə istirahət edirdin? Hamıya nəsib olmur da, bu Həcidən” şərhlərini yazanlara sərt reaksiya verib: "Nə Həci Həci düşmüsünüz? Ailənin öz yeri var, mən özüm bu qədər toylara, tədbirlərə gedirəm. Qazancım yoxdur ki, yazırlar Həcinin hesabına yaşayırsan? Ay millət, bunu görən yoxdur? İnsanlarımızın bəziləri xaindir. Tovuzda da gözəl günüm, həyatım olub. Həci qədər əzizlərinin başına daş düşsün ki, sənin kimi murdarlar ondan yapışıb. Ay xəstə, mən hər zaman sənətimlə pul qazanan, gözəl yaşayan ifaçı olmuşam. Ayaq yolumuz sənin evinin zalından məsləhətlidir. Qələtini et. Bu millət ağlaşmağa öyrəşib. Olanını da gizlədir, yoxdur, yenə ver deməyi bilir. Şükür hamı da gözəl yaşayır. Acından ölən “Wi-Fi”ın pulunu haradan alır?”