Rəqsanədən Təranəyə: “Saxta göz yaşlarına inanmıram”

12 İyul 2019 09:32 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılova və prodüser Təranə Səmədova arasındakı qalmaqal bir neçə gündür daha da alovlanıb. SİA-nın məlumatına görə, prodüser sənətçinin özü və ailəsi ilə bağlı ağır iddialar səsləndirib.

Rəqsanənin isə irəli sürülən bu ittihamlara cavabı gecikməyib: "Deyəcəyimi demişəm. Bundan sonra demək yox, hərəkətimi göstərəcəm. Hazırda isə ailəmlə bərabər “Moskva göz yaşlarına inanmır” filminə baxıram və başa düşürəm ki, axırıncı dəfə saxta göz yaşlarına 3-cü sinifdə inanmışam. Ümumiyyətlə, inanmaq hissini çoxdan unutmuşam. Heç kimə inanmayın, yalançı, təhlükəli, uşaqların belə taleyi ilə oynayan insanlara heç inanmayın. İnsan başına gələnlərdən nəticə çıxartmalıdır. Amma görünür çıxartmayanlar var. Yenə də Allah bilər, nə edər. Biz Allah deyilik ki, basıb göz çıxardaq. Yaşayarıq, görərik”.

Qeyd edək ki, Təranə Səmədova həbsdən bir müddət öncə azadlığa buraxılıb. O, bugünkü efirdə çıxışı zamanı bir neçə dəfə göz yaşlarını saxlaya bilməyib. Rəqsanə “saxta göz yaşlarına inanmıram” sözlərini işlədərkən bu məqama işarə vurub.