"Səbail" Rumıniya klubuna uduzdu

11 İyul 2019 22:12 (UTC+04:00)

Futbol üzrə UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edir. Bu gün təmsilçilərimizdən ilk olaraq “Səbail” meydana çıxıb. Avrokuboklarda debüt edən paytaxt təmsilçisi Bakıda Rumıniyanın "Universitatya Krayova" klubunu qəbul edib. Beş qolun vurulduğu matçda qonaqlar qalib gəlib - 3:2

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də Rumıniyada keçiriləcək.



11 iyul

Avropa Liqası, I təsnifat mərhələsi

İlk oyunlar


20:00. "Səbail" (Azərbaycan) - "Universitatya" (Krayova, Rumıniya) - 2:3
Qollar: Mateyu, 13 (0:1), Ağabala Ramazanov, 33 (1:1), Banku, 51 (1:2), Roman, 67 (1:3), Ağabala Ramazanov, 82 (2:3)
Baş hakim: Fyodor Zammit (Malta)

Bakı, "ASCO Arena"