Anar Xəlilov: “Əli Kərimli və Arif Hacılı siyasət meydanında heç bir uğura imza atmayıblar” RƏY-ÖZƏL

11 İyul 2019 17:04 (UTC+04:00)

“Dəfələrlə qeyd etmişik və bu gün də bir daha bildirirəm ki, söyüş kampaniyasına qoşulmuş insanlar anti-Azərbaycan qüvvələrdən maddi və mənəvi dəstək alırlar”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, cılız düşüncəli insanlar çirkin kampaniyaya başladıqdan sonra tamamilə nüfuzdan düşüblər: “Çünki xalq onların bu cür kampaniya aparmasını birmənalı şəkildə pisləyir. Real fakt ondan ibarətdir ki, pozucu qüvvələrin önündə gedən Əli Kərimli, Arif Hacılı və digərləri siyasət meydanında heç bir uğura imza atmayıblar. Demək olar ki, daxildə olan həmin şəxslər xaricidə olan şəxslərə qoşulmaqla şou xarakterli bir çox çirkin bir kampaniyaya qoşuldular və nəticə etibarı ilə də heç bir şeyə nail olmadılar. İndi isə başlayıblar bir-birlərinə qarşı mübarizə aparmağa. Amma məsələ burasındadır ki, bunlar arasında maliyyə bölgüsü deyilən bir şey var ki, bunlar o xaricdən aldıqları maliyyəni də bölə bilmirlər. Həmişə də bu maliyyəni bölə bilmədiklərinə görə də, aralarında dava-dalaş düşür”.

GÜLYANƏ