Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələlər nəzarətə götürülüb

11 İyul 2019 16:25 (UTC+04:00)

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb. SİA-nın məlumatına görə, bu barədə Heydər Əliyev Fondundan bildirilib.

Fonddan bildirilib ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.