Ermənistanın XİN rəhbəri işçilərinə terror tətbiq edir JAMANAK

11 İyul 2019 15:25 (UTC+04:00)

“Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan rəhbərlik etdiyi idarəni terrora məruz qoyur”. SİA xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazır. Məlumata əsasən, Mnasakanyan öz işçilərinə sosial şəbəkələrdə, ümumilikdə isə, publik fəaliyyətdə aktivlik göstərməyi qadağan edib.

“Mnasakanyanın diqqəti mərkəzinə xüsusilə öz yaşıdları düşüb, hansı ki, o həmin adamların onun vəzifəsinə iddialı olduqlarını fikirləşir. Adıçəkilən sistemin əməkdaşları həm də ondan narahatdırlar ki, bu məsələ daha radikal məcraya keçid alacaq”, erməni qəzeti yazır.