İordaniyalı deputatlar Mərkəzi Elmi Kitabxanada

11 İyul 2019 14:08 (UTC+04:00)

İordaniya parlamentinin üzvləri, hüquq üzrə mütəxəssis və tədqiqatçılardan ibarət nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar. MEK-dən SİA-ya bildirilib ki, qonaqlar “Heydər Əliyev - 95”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İlham Əliyev”, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərlə, son həftə ərzində kitabxanaya yeni təqdim edilmiş mənbələrlə tanış olublar.

İordaniyalı qonaqlar kitabxananın akademiklər zalında yerləşən Diplomatik fondda İordaniya səfirliyinin guşəsi, Nadir kitab fondu və Şərq ədəbiyyatı fondunun fəaliyyəti ilə maraqlanıblar. Həmçinin MEK-də mühafizə edilən ərəb və fars dillərində hüquqi sənədlər barədə fikir mübadiləsi aparıblar.