UNESCO-nun Bakı sessiyası ilə bağlı yekun konfrans - ÖZƏL

10 İyul 2019 12:35 (UTC+04:00)

"UNESCO-nun sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi əlamətdar haldır. Biz bununla qürur duyuruq". SİA-nln məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün jeçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanın son illər beynəlxalq tədbirlərin keçirilməsində ciddi uğurları olmasaydı, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu cür tədbirlərə diqqət göstərməsəydi, sözsüz ki, bu tədbirin də Bakıda keçirilməsi mümkün olmazdı: "UNESCO-nun sülhməramlı səfiri Mehriban xanım Əliyevanın da bu tədbirin Bakıda keçirilməsində əməyi danılmazdır. Ötən il Bəhreyndəki sessiyada UNESCO-nun 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərar verildi.Təxminən 150-dən çox ölkə sessiyada iştirak edirdi. Bu ölkələrin hər birinin mətbuatında Azərbaycanla bağlı məlumatlar verildi. Bundan başqa,sessiya əvvəldən axıra qədər şəffaf şəkildə keçirildi. Toplantıların hər biri canlı olaraq yayımlanırdı".

Nazir on gün müddətində komissiyanın 166 məkana baxış keçirdiyini vurğulayıb.