DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək

7 İyul 2019 13:13 (UTC+04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçirilir. DİM-dən SİA-ya bildirilib ki, imtahanlardan sonra saat 16:00-da DİM-in "YouTube" kanalı və "Facebook" səhifəsi vasitəsilə canlı yayım ediləcək. Mərkəzin məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı ətraflı məlumat verəcəklər.