Qızardılmış qidalar potensial kanserogen sayılır, yəni onlar insanda xərçəngə tutulmağın riskini artırır.
İnsan belə qidaları müntəzəm olaraq yeyirsə, bu xüsusilə təhlükəlidir. Böyük Britaniyanın Qida standartları agentliyi xəbər verir ki, bu üsulla hazırlanmış qidalarda olduqca ziyanlı akrilamid maddəsi əmələ gəlir ki, məhz bu akrilamid güclü kanserogenlərdən biri sayılır. Tünd qəhvəyi rəngdə olan qızardılmış kartof və ya çörəkdə akrilamidin miqdarı xüsusilə çox olur.