Hollandiya alimləri qarın və bel nahiyəsində piylərin yığılmasının səbəbini araşdırıb. Arıqlamağa cəhd göstərən insanlar bilir ki, qarın və bel nahiyəsində yığılan piy ən gec "əriyən" piydir. Buna abdominal piylənmə deyilir. Abdominal piylənmə kosmetik qüsur yaratmaqdan əlavə bir çox ağır xəstəliklərin, o cümlədən, şəkərli diabet, xərçəng və s., riskini artırır. Alimlər araşdırma zamanı aşkar ediblər ki, abdominal piylənmənin səbəbi orqanizmdə D vitamininin çatışmazlığıdır.
Belə qidalar arasında:
- balıq yağı
- balıq
- yumurta sarısı
- kərə yağı
- holland pendiri
Vitamin D həmçinin gün şüaları təsirindən insan orqanizmində sintez olunur.