Fond “Yaxşılıq unudulmur” adlı layihəyə start verir

27 İyun 2019 17:03 (UTC+04:00)

Azərbaycan xalqı hər zaman yüksək dəyərləri və mənəvi keyfiyyətləri ilə seçilib. SİA-nın verdiyi məlumata görə, yaxşılıq bu keyfiyyətlərdən biri olmaqla yanaşı, insanlararası münasibətlərin təməlində dayanan prinsiplərdəndir. Keçmişdə olduğu kimi bu gün də belə dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması öz aktuallığını qoruyub saxlayır.

Əziz həmvətənlər! Yaxşılıqların unudulmaması və təbliği məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondu cəmiyyətdə şahidi olduğunuz və yaxud sizə edilən yaxşılıq nümunələrini Fonda təqdim etməyinizi xahiş edir.

Sizin müraciətləriniz əsasında yaxşılıq müəllifləri Fond tərəfindən mükafatlandırılacaq.

Yaxşılıq nümunələrinin təqdim edilməsi

Yaxşılıq nümunəsi aşağıdakı formalardan birində şəxsən və ya elektron qaydada Fonda təqdim edilə bilər:

 Birbaşa müraciət etməklə;

 Yazılı formada vərəqdə;

 Yazılı formada elektron qaydada;

 Səs yazısı şəklində;

 Video yazısı şəklində;

Qeyd 1: Yaxşılıq nümunəsi təqdim edilən zaman yaxşılığı etmiş şəxs (yaxşılıq müəllifi) haqqında məlumat (əlaqə vasitələri) mütləq qeyd edilməlidir.

Qeyd 2: Hər bir şəxs yalnız bir yaxşılıq nümunəsi təqdim edə bilər.

Yaxşılıq nümunəsini şəxsən təqdim etmək istəyən şəxslər həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Tiblisi prospekti 35 (ASK plaza, 4-cü mərtəbə) ünvanına müraciət edə, elektron qaydada təqdim etmək istəyən şəxslər isə materialları mdtf.press@gmail.com elektron poçt ünvanına və facebook səhifəmizin mesaj bölməsinə göndərə bilər.

Layihənin müddəti:

01 iyul – 31 avqust 2019-cu il

Əlaqə:

Tel: (012) 464-92-55

Fax: (012) 464-92-57

E-mail: mdtf.press@gmail.com

Facebook: Mənəvi Dəyərlərin Təbliği Fondu

Ünvan: Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)

Gəlin, yaxşılığı unutmayaq!