Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

27 İyun 2019 16:48 (UTC+04:00)

Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 724,88 mln. kubmetr təbii qaz ixrac edib. SİA-nın verdiyi məlumata görə, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 2,5 dəfə çoxdur. Apreldə Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 20,42% olub.

Bu ilin yanvar-aprel ayları ərzində isə Azərbaycandan Türkiyəyə 2 989,1 mln. kubmetr təbii qaz ixrac edilib. Bu, 2018-ci ilin ilk 4 ayı ilə müqayisədə 48,4% çoxdur. Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.

Qeyd edək ki, Rusiya Türkiyəyə qaz ixracına görə liderdir. Bu ilin aprel ayında Rusiyadan Türkiyəyə, təxminən, 1 496,7 mlrd. kubmetr təbii qaz ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə bu ilin aprel ayı ərzində Türkiyəyə 640,80 mln. kubmetr qaz nəql edib.