Azər Həsrət: “Münaqişə həddən artıq çox uzanır” RƏY-ÖZƏL

27 İyun 2019 16:35 (UTC+04:00)

“Xarici işlər nazirlərinin görüşlərinin intensivləşməsi, ümumiyyətlə münaqişə tərəfləri olaraq Azərbaycanla Ermənistan arasında danışıqların sürətləndirilməsi işin xeyrinədir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, çünki bu münaqişə həddən artıq çox uzanır və insanlarımız öz doğma yurdlarına qayıtmaq istərdilər”. Onun sözlərinə görə, eyni zamanda elə ermənilərin özləri də yorulublar, rahatlığa ehtiyacları yaranıb: “Bu baxımdan düşünürəm ki, görüşlərin ardıcıllığı və mahiyyəti üzrə danışıqların aparılması münaqişənin həllinə ciddi töhfə verəcək. Lakin unutmayaq ki, Ermənistan tərəfi bir qayda olaraq danışıq xatirinə danışıq aparır ki, vaxtı daha da uzatsın, vaxt qazansın. Ona görə də Azərbaycan tərəfi hər görüşdə məsələnin mahiyyətinin müzakirəsində israr etməlidir. Əks təqdirdə danışıqların bizə heç bir faydası olmayacaq”.

GÜLYANƏ