Qabil Hüseynli: “İrəvan Moskvanın tabeçiliyindədir ” RƏY-ÖZƏL

27 İyun 2019 16:31 (UTC+04:00)

“İndiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan görüşlərin heç bir nəticəsi olmayıb”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, yəni keçirilən bu görüşlər formal xarakter daşıyıb: “Bu formallığın səbəbi də Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ilə bağlıdır. Ermənistanın mövqeyi isə Moskvaya bağlıdır. Yəni əgər Rusiya tərəfi Ermənistana təzyiqlər göstərəcəksə, onu konstruktiv davranmağa vadar edəcəksə bəlkə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan danışıqlarda nəticə, irəliləyişlər əldə edilə bilsin. Necə ki, İrəvan Moskvanın tabeçiliyindədir, onu diktəsi altındadır bu danışıqlar prosesində irəliləyişlər baş verə bilməz. Demək olar ki, əksər hallarda imitasiya xarakteri daşıyır, vaxt udmaq məqsədi güdür bu səbəbdən də danışıqlar nəticəsizdir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəzərdə tutulan Moskva danışıqlarına da o qədər böyük ümidlə baxmıram. Çünki Moskva İrəvanı müdafiə edir və ona görə də bu danışıqların hər hansı bir beynəlxalq hüquq normalarına uyğun nəticələrlə nəticələnəcəyinə ümidim çox azdır”.

GÜLYANƏ