Sonuncu ziyarət... KRİMİNAL

27 İyun 2019 15:35 (UTC+04:00)

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində qətl hadisəsi törədilib. SİA xəbər verir ki, 40 yaşlarında olan kişi odlu silahla qətlə yetirilib.

Qaracalar kənd sakinləri bildiriblər ki, qətlə yetirilən şəxs Gürcüstanda yaşamayıb və o, bir neçə gün bundan öncə anasına baş çəkmək üçün kəndə gəlib.

Qətlin keçmişdə baş vermiş münaqişə zəminində törədildiyi bildirilir.

Faktla bağlı operativ istintaq tədbirləri həyata keçirilir.