Sabiq deputatların pensiyası artırılacaq

27 İyun 2019 13:52 (UTC+04:00)

Parlamentin bu gün keçirilən plenar iclasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı sabiq deputatların Milli Məclisdə pensiya məsələsinə baxılması barədə ona müraciət ünvanladığını bildirərək, pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib. SİA-nın məlumatına görə sabiq deputatların pensiyanın məbləğindən narazılıq etdiklərini deyən deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.

Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli isə bildirib ki, bu məsələ gündəmdədir və pensiyanın artırılması nəzərdə tutulur.