Milli Məclisin plenar iclası keçirilir

27 İyun 2019 13:35 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb. SİA xəbər verir ki, iclasa Oqtay Əsədov sədrlik edir.

İclasın gündəliyinə 49 məsələ daxildir. İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" (üçüncü oxunuş), "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" (birinci oxunuş), "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" (birinci oxunuş) qanun layihələrinə baxılması nəzərdə tutulur.

Gündəliyə "Məhkəmələr və hakimlər haqqında", "Əmək pensiyaları haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında" qanunlarına, o cümlədən Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Miqrasiya, Vergi və Su məcəllələrinə dəyişiklik layihələri də daxildir.

Plenar iclasın davamı iyunun 28-də keçiriləcək.