"Heydər Əliyev və mədəniyyət" - Görüş

27 İyun 2019 12:12 (UTC+04:00)

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "Gənc liderlər məktəbi"nin ölkənin tanınmış ictimai və dövlət xadimləri-gənc yaşlarından liderlik, təşkilatçılıq bacarıqları qiymətləndirilərək yüksək vəzifələrdə çalışmış insanlarla görüşlər silsiləsindən ilk tədbiri keçirilib. SİA-nın məlumatına görə, “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüblər.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və nazir Əbülfəs Qarayevə gənclərlə görüş təklifini qəbul etdiyinə görə təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, ilk görüş "Heydər Əliyev və mədəniyyət" mövzusuna həsr edilib.