Mariya Peyçinoviç Avropa Şurasının yeni baş katibi seçilib

27 İyun 2019 10:57 (UTC+04:00)

Avropa Şurasının Parlament Assambleyası Xorvatiyanın xarici işlər naziri Mariya Peyçinoviç Buriçi Avropa Şurasının yeni baş katibi seçib. O, bu vəzifədə səlahiyyət müddəti 2019-cu ilin oktyabr ayında bitən Turbern Yaqlandı əvəz edəcək.

Bu gün AŞPA-da keçirilən səsvermənin yekun nəticələrinə görə, Mariya Peyçinoviç Buriç 159 səs, onun rəqibi - belçikalı Didye Reynders isə 105 səs toplayıb.

Yeni baş katib səlahiyyətlərinin icrasına sentyabrdan başlayacaq. Xorvatiyalı siyasətçi 2024-cü ilə qədər baş katib vəzifəsini icra edəcək.