FHN boğulma təhlükəsi ilə üzləşən 7 nəfəri xilas edib

27 İyun 2019 03:37 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) boğulma təhlükəsi ilə üzləşən 7 nəfəri xilas edib.

SİA xəbər verir ki, bu barədə sözügedən nazirlikdən məlumat verilib.

Bildirilib ki, iyunun 26-da FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat, Zuğulba-3, Qızılqum və Mingəçevir sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.