Roma Papası Yaponiyaya səfər edəcək

26 İyun 2019 23:59 (UTC+04:00)

Roma Papası Frensisk noyabrın 23-27-də Yaponiyaya rəsmi səfər edəcək.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, Yaponiyanın Radioverilişlər Korporasiyasının (NHK) yaydığı məlumata görə, Frensisk noyabrın 25-də imperator Naruhito və baş nazir Sinzo Abe ilə görüşəcək. Həmin gün Papa Tokio Evində dua mərasimi (messa) icra edəcək.

Bildirilir ki, Papa paytaxt Tokiodan başqa, Hirosima və Naqasaki şəhərlərinə də gedəcək.