Çingiz Abdullayevlə səmimi söhbət FOTOLAR

26 İyun 2019 16:41 (UTC+04:00)

Sabunçu Gənclər Evi və Azərkitab Kitab Təbliğatı Mərkəzinin tərəfdaşlığı çərçivəsində Çingiz Abdullayev Sabunçu Gənclər Evində gənclərlə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Sabunçu Gənclər Evinin kitab və teatr klubunun üzvləri Çingiz Abdullayevin "Böyük oyun" əsərini həvəskar olaraq hazırlayıb canlandırdılar. Təqdimatdan sonra gənclərimizin yazarımız üçün keçirdiyi video sorğu izlənildi.

200-ə yaxın gəncin iştirakı ilə keçirilən görüşdə Çingiz Abdullayev əsərlərindən danışaraq həm onlara nəsihətlər verdi, suallarına cavab verdi, həm də kitablarını imzalayaraq şəkillər çəkdirdi.

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Sabunçu Gənclər Evinin əsas məqsədi gənclərin sosial və fərdi inkişafına, cəmiyyətdə demokratik iştirakçılığına, onların intellekt səviyyəsinin yüksəldilməsinə nail olmaq və gənclər üçün sağlam mühitin formalaşdırılmasıdır. Gənclər Evi indiyə qədər keçirdiyi yerli və beynəlxalq layihələrlə, həmçinin daimi fəaliyyət göstərən 15-ə yaxın klub və dərnək ilə minlərlə gənci öz ətrafında toplayıb.