Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

26 İyun 2019 14:38 (UTC+04:00)

Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb. SİA-nın verdiyi məlumata görə, Forum iyunun 24-də başlayıb və üç gün davam edib.

Forumun ilk günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib və çıxış edib.

Forumun Azərbaycanda keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, "ASAN xidmət"in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsidir. Dövlət Xidmətləri Forumunun bağlanış mərasimində çıxış edərək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri çıxıç edərək Foruma qatılan hər kəsə minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur.