Nəzir qutusundan 150 manat oğurlayan şəxs saxlanılıb

26 İyun 2019 14:41 (UTC+04:00)

Cəlilabadın Maşlıq kəndi ərazisindəki məscidin nəzir qutusundan pul oğurlamaqda şübhəli bilinən N.Mahmudov saxlanılıb Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məsçidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.

Araşdırma aparılır.