Pakistanda terror aktı törədilib

26 İyun 2019 14:05 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətinin Loralay şəhərində imtahan verməyə hazırlaşan polis dəstəsi yaxınlığında törədilən terror aktında azı iki nəfər yaralanıb.SİA-nın verdiyi məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Hadisəni törədən terrorçu öldürülüb. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, bu il yanvarın 30-da da terrorçularun bu şəhərdə polis dəstəsinə hücumu nəticəsində doqquz polis işçisi öldürülmüş, 21-i isə yaralanmışdı.