İki ABŞ əsgəri Əfqanıstanda öldürüldü

26 İyun 2019 13:42 (UTC+04:00)

Əfqanıstanda 2 ABŞ hərbçisi qətlə yetirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hərbçilərin hansı şəraitdə həlak olmaları ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, 2001-ci ildən bəri Əfqanıstanda 2400-dən çox ABŞ əsgəri həlak olub.