Avropa Liqasına hazırlığını Bolqarıstanda davam etdirən "Səbail" bu gün növbəti sınağına çıxıb.
SİA xəbər verir ki, Aftandil Hacıyevin yetirmələrinin budəfəki rəqibi "Beroe" olub.
İyunun 21-də Plovdiv "Lokomotiv"inə uduzan (0:1) Aftandil Hacıyevin yetirmələri bu dəfə darmadağınla üzləşib - 0:4.
Qeyd edək ki, "Səbail" toplanış çərçivəsində həmçinin "Klinçeni" (Rumıniya - 28 iyun) və "FK Makedoniya" (Makedoniya - 1 iyul) ilə qarşılaşacaq.