“Barselona”dan “Everton”a transfer olundu

26 İyun 2019 03:24 (UTC+04:00)

"Barselona"nın yarımmüdafiəçisi Andre Qomeş karyerasını "Everton"da davam etdirəcək.

SİA xəbər verir ki, bu barədə ingilis klubunun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi ispan yarımmüdafiəçini birdəfəlik transfer edib. Liverpullular 25 yaşlı oyunçu üçün qarşı tərəfə 22 milyon funt-sterlinq təzminat ödəyib. Yarımmüdafiəçi ilə 2023-2024 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Qomeş son mövsümü icarə əsasında "Everton"da keçirib. 29 oyuna 1 qol vuran futbolçu 2 məhsuldar ötürmə verib.