Adrien Rabyon "Yuventus"la razılığa gəlib

25 İyun 2019 21:30 (UTC+04:00)

PSJ ilə müqaviləsi başa çatan Adrien Rabyonun yeni klubu müəyyənləşmək üzrədir. İtaliya mətbuatının yazdığına görə, 24 yaşlı yarımmüdafiəçi "Yuventus"la razılığa gəlib. Turin klubunun iyulun 1-i A.Rabyo ilə müqavilə imzalayacağı bildirilib. Qeyd edək ki, A.Rabyo 2012-ci ildən PSJ-də çıxış edirdi.