Türkiyənin qərbində meşələr yanır

25 İyun 2019 18:14 (UTC+04:00)

Türkiyənin qərbindəki Balıkesir vilayətində meşələr yanır. SİA-nın məlumatına görə, yanğın 10 hektara yaxın sahəni əhatə edir.

Yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürmə briqadaları, 6 helikopter cəlb olunub.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Türkiyədə son 10 ildə 24 min meşə yanğını qeydə alınıb.