Qaradağ rayonunda Silahlı Qüvvələr Günü qeyd edilib - FOTOLAR

25 İyun 2019 17:27 (UTC+04:00)

YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyi, Qadınlar Şurası və Rayon Gənclər və idman idarəsi ilə birlikdə Qaradağ rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə millət vəkili Aydın Hüseynov, YAP rayon təşkilarının və Qadınlar Şurasının üzvləri, gənclər, hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər.

Millət vəkili Aydın Hüseynov çıxış edərək Azərbaycan Ordusunun yaranmasından, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə ordu quruculuğuna göstərilən diqqət və qayğıdan, Ümummilli Liderimizin siyasi varisi İlham Əliyevin prezident seçildiyi dövrdən indiyədək Azərbaycan Silahlı Qüvvələrinin dünyanın 50 ordusundan birinə çevrilməsindən və Ali Baş Komandanın əmrinə hər an hazır olan cəsur və igid əsgərlərin yetişdirilməsindən danışıb.

Sonra hərbi hissənin komandiri çıxış edib, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Tədbirdə Konsert proqramı və Hərbi qulluqçular fəxri fərmanla təltif edilib və hədiyələr verilib.