Vaqe Qriqoryan öz "axmaqlığı" ilə tək qalacaq

25 İyun 2019 17:35 (UTC+04:00)

Konstitusiya Məhkəməsi ətrafında baş verən hadisələr Paşinyanın hakimiyyətini büdrədəcək. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Irates" qəzetində yazı dərc olunub.

Məlumatda qeyd olunur ki, Vaqe Qriqoryanın özünü elan etməsindən dərhal sonra, parlamentdən kənar qüvvələr çox cəld hərəkətə keçib və konstitusiya qaydalarına münasibətdə belə bir "təcavüzün" qarşısını almaq üçün güclü bir demarşın yaradılması üçün müzakirələr aparırlar.

Qəzet yazır ki, yeri gəlmişkən yay fəslinin hansısa dövründə bütün tərkib tətilə çaxacağı səbəbindən mübarizə dayandırılacaq və həmin dövrdə Vaqe Qriqoryan "ağılsızlığı" ilə tək qalacaq. Belə olan halda başını itirmiş Grigoryan yalnız Konstitusiya Məhkəməsi üzvlərinin tətildən dönməsini gözləyəcək və o zaman VETO və digər siyasi qüvvələr konstitusiya qaydalarını qoruya bilmək üçün real mübarizəyə başlayacaqlar.