"Paşinyan və hökuməti iynənin üstündə oturub" ÖZƏL-MÜNASİBƏT

25 İyun 2019 15:52 (UTC+04:00)

“Azərbaycan və Ermənistan XİN-in rəhbərlərinin Vaşinqton görüşü də əsaslı bir nəticə əldə olunmayaraq başa çatıb. Əldə edilən nəticə növbəti dəfə görüşə razılığın əldə olunmasıdır. Düşünürəm ki, növbəti görüşdə də bir nəticə əldə olunmayacaq. Çünki, Ermənistanda qətiyyətli bir qərar qəbul edə biləcək lider yoxdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Paşinyan və onun hökuməti iynənin üstündə oturub və hər zaman dağıla bilər: “Ordakı siyasi vəziyyət o qədər mürəkkəbdir ki, Paşinyanın hər hansı bir qərar qəbul edə biləcəyinə ümid yoxdur. Görüşlər ancaq protokol xatirinə keçirilir və danışıqlar üçün potensialın qaldığının nümayişidir. Əgər tərəflər arasında görüşlər dayandırılsa müharibənin reallaşması deməkdir. Bu hər an baş verə bilər və biz buna hər zaman hazır olmalıyıq. İnanmıram ki, erməni danışıqlarla torpağımızı öz xoşu ilə işaldan azad etsin. Ona görə də hərbi gücümüzü daha da artırmalıyıq”.