Pirallahı sakinindən 1 kq-dan artıq marixuana götürülüb

25 İyun 2019 15:49 (UTC+04:00)

Pirallahı rayon sakinindən marixuana götürülüb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Pirallahı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş E.Nurullayevdən 1 kiloqram 940 qram marixuana götürülüb.