Sənubər İsgəndərli: "Prezident fəaliyyətimi qiymətləndirərək ev hədiyyə etdi" AÇIQLAMA

25 İyun 2019 11:50 (UTC+04:00)

Prezident İlham Əliyev Əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib. SİA-ya bu haqda aktrisanın özü açıqlama verib: "Möhtərəm Cənab Prezident, səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun".