Tolik Röyaya görə Nazilə ilə dalaşdı VİDEO

25 İyun 2019 14:24 (UTC+04:00)

Prodüser-aparıcı Tarix Əliyevlə (Tolik) şairə Nazilə Səfərli arasında soyuq küləklər əsib. SİA-nın məlumaına görə, buna səbəb Tolik toyların birində Nazilə Səfərlinin Əməkdar artist Röya Ayxanla rəqs etdiyi videosunun altına yazdığı şərhlə bağlı olub.

Bu haqda Tolikin özü xəbər verib: "Nazilə məclislərin birində Röya ilə oynayarkən lentə aldırdığı videosunu "İnstagram" səhifəsində paylaşmışdı. Mən də həmin videonun altına şərh yazdım ki, "Röya ilə oynayanda necə də sevinirsən". Mən sözlərimi Səfərli silib. Çox xoflu insandır. Mən də sosial şəbəkədə onu qara siyahıya atdım. Heç kimdən qorxub, çəkinmirəm.

Onu da deyim ki, çoxları Röya ilə səmimi deyillər. Ancaq yalandan üzünə gülürlər. Heç vaxt cürətləri çatmayıb ki, R.Ayxana desinlər ki, "Nə yaxşı ki, varsan".