İspaniyada 1,4 milyon mövsümi iş yeri yaradılıb

24 İyun 2019 22:43 (UTC+04:00)

İspaniyada turizm sahəsi bu yay 1,4 milyon insanı işlə təmin edəcək. SİA “Adecco” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilki göstəricidən 7,3 dəfə çoxdur.

Ən tələb olunan peşələr bunlardır: aşpaz, ofisiant, satıcı, promouter və kuryer.

İş yerlərinin çoxu Kataloniya (285 min), Madrid (224 min), Valensiya (153 min), Mursiya (152 min) və Əndəlis (133 min) əyalətlərində yaradılıb.