Rəsədxana kosmik hava durumunu açıqlayıb

24 İyun 2019 19:01 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb. Rəsədxanadan SİA-ya bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.

İyunun 24-dən 26-dək Günəş fəallığı çox aşağı səviyyədə olacaq.

Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək. Geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranma ehtimalı 5 faizdən aşağı qiymətləndirilir.