İlqar Orucov: “Xaricdəki “söyüş qrupu” tərbiyəsizliklə məşğuldur” RƏY-ÖZƏL

24 İyun 2019 17:00 (UTC+04:00)

“Xaricdə oturub Azərbaycana, onun siyasi rəhbərliyinə, ölkəmizin milli dəyərlərinə qarşı hörmətsizlik edərək zaman-zaman tərbiyəsizlik nümayiş etdirənlərlə onların ölkə daxildəki havadarları arasında son günlər yaranmış ziddiyyətin kökündə xaricdən aldıqları maliyyəni bölmək üstündə dava dayanır”. Bunu SİA-ya açıqlamasında AGAAMC-in sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, bu insanlar mahiyyətcə eyni insanlardır, eyni mərkəzdən idarə olunurlar və onlar üçün milli dəyər, vətən anlayışı yoxdur: “Ərəb ölkələri kimi idarə edilməz vəziyyətə gətirməkdir. Sifariş aldıqları beynəlxalq güclərdən aldıqları çirkli vəsaitləri bölə bilmədikdə artıq bir-biri ilə düşmən münasibətinə gəlirlər. Hazırkı durumu şərtləndirən də budur. Hər zaman bu insanların mübahisələrinin görüntüləri yayımlananda mahiyyətləri üzə çıxır, bir-birilərini ən sərt formada təhqir edirlər. Eyni mahiyyətin daşıyıcıları olan bu adamlar onsuz da siyasi uğursuzlarını dərk edirlər, müxalifət olaraq sosial dayaqları olmayan, xalqa yad olan bu adamlar ölkənin hazırkı siyasi rəhbərliyi ilə xalq arasındakı birliyin müqabilində xalqdan dəstək ala bilməyərək bir əsrin dörddə biri qədər böyük zaman kəsiyində müxalifətçilik etmək kimi sərsəm iddialarından da əl çəkmirlər. Əslində hər bir ölkədə normal müxalifət olmalıdır. Onun dəstəyi xalqdan gəlməlidir, yoxsa kərimlilər kimi əl açıb xaricdən dilənməli deyillər. Yəni hazırkı radikal kəsimin düçar olduqları əbədi uğursuzluğun səbəbi də hansısa siyasi güclərin nökərləri funksiyasını yerinə yetirmələrindədir. Bu insanlar üçün əsas məqsəd pul qazanmaqdır, sifariş erməni lobbisindən gəlsə belə bunlar üçün fərq etməz. Həmçinin, xaricdəki söyüş qrupu ilə radikal müxalifətin nüfuz savaşında da son məqsəddə daha çox pul qazanmaq dayanır”.

GÜLYANƏ