“Rəqəmsal transformasiyalar kibertəhlükəsizliyi ön plana çıxarır" Nazir

24 İyun 2019 16:30 (UTC+04:00)

“Rəqəmsal transformasiyalar kibertəhlükəsizliyi ön plana çıxarır”. SİA-nın verdiyi məlumata görə, bunu Bakıda keçirilən "BMT-nin Dövlət Xidmətləri Forumu"nda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

“Azərbaycan Avropa Şurasının kibercinayətkarlıq haqqında konvensiyasını imzalayıb və 2009-cu ildə bunu ratifikasiya edib. Hazırda ölkəmiz özünün kibertəhlükəsizlik strategiyasını hazırlayır. 2009-cu ildən fərdi məlumatların işlənməsi ilə bağlı konvensiyaya qoşulmuşuq. Bununla əlaqədar olaraq, Cinayət və İnzibati Xətalar məcəllələrinə müvfiq dəyişikliklər edilib. Azərbaycan hökuməti iyunun 27-də qüvvəyə minməsi gözlənilən Avropa İttifaqının kibertəhlükəsizlik aktını yaxından izləyir və bu məsələyə xüsusi önəm verir. Hazırda hökumət tərəfindən kibertəhlükəsizlik strategiyasının qəbul edilməsi üzərində iş aparılır. Fərdi məlumatların qorunması da hökumətin diqqət mərkəzindədir"-deyə, nazir fikrini tamamlayıb.