Avropanın İran məsələsindəki fikirləri Trampa maraqlı deyil

24 İyun 2019 11:07 (UTC+04:00)

ABŞ lideri Donald Tramp bəyan edib ki, İranla nüvə razılaşması məsələsində Avropa ölkələrinin fikirləri onun üçün maraqlı deyil. SİA xəbər verir ki, bu barədə NBC telekanalı məlumat verir.

Amerikalı prezidentin sözlərinə görə, avropalılar bu məsələdə böyük pullar əldə etmək istəyiblər ki, bu da onların İslam respublikasında qurduqları biznes maraqlarını qorumaq istəyindən irəli gəlir.

Bununla yanaşı o vurğulayıb ki, Birləşmiş Ştatlar Avropanın “qayğısına” qalmaq siyasətini davam etdirəcək və Avropa ölkələrini NATO çərçivəsində qorumağa davam edəcək. Tramp həmçinin İran hakimiyyətinin bu məsələdə əldə edilən razılaşmanı pozduğunu da iddia edib.