“Milan” Çalhanoğlunu satır

24 İyun 2019 00:37 (UTC+04:00)

"Milan" futbolçusu Hakan Çalhanoğlunu satmağa qərar verib.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, klub rəhbərliyi türk yarımmüdafiəçini 15-16 milyon avroya satmağı planlaşdırır. Bildirilir ki, yeni baş məşqçisi Marko Campaolo "Real"ın futbolçusu Mateo Kovaçiçi transfer etmək istəyir. Buna görə klub H.Çalhanoğlunu sataraq gəlir əldə etməyi düşünür.

Qeyd edək ki, H.Çalhanoğlu ötən mövsüm 46 matçda 4 qol vurub, 13 qolun ötürməsini verib.