Legionerlərin müqavilə müddəti açıqlanıb

23 İyun 2019 20:18 (UTC+04:00)

"Səbail" yeni transferləri - Dilan Duventru və Bilal Həmdi ilə imzalanmış müqavilənin müddətini açıqlayıb.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, fransız və əlcazairli yarımmüdafiəçilər 1 illik sözləşməyə imza atıblar. Onlar 2019-2020 mövsümünün sonuna kimi "dənizçilər"in formasını geyinəcək.

Qeyd edək ki, hər iki futbolçu "Səbail"ə "Zirə"dən keçib.