Azərbaycan cüdoçusu erməniyə qalib gələrək yarımfinala yüksəlib

23 İyun 2019 17:08 (UTC+04:00)
Azərbaycan cüdoçusu Rüstəm Orucov ikinci Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb. SİA-nın məlumatına görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda Ermənistan idmançısı Ferdinand Karapetyanı mübarizədən kənarlaşdırıb.