Nizamidə yanğın 10 nəfər təxliyə edildi

22 İyun 2019 09:19 (UTC+04:00)

Bakıda yanğın faktı qeydə alınıb. SİA-ya FHN-dən verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 15 m² sahədə məişət tullantısı yanıb. Məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.